Haqqımızda

Quruluş

Tuna Printing & Publishing & Packaging Company ( “TUNA” şirkəti) 18 iyun 1998-ci ildə qurulmuşdur. Şirkət hazırda kağız, qablaşdırma və plastik istehsalı sahəsində Azərbaycanın qabaqcıl müəssisələrindən biridir.

Əməkdaşlarımız

Qısa müddət ərzində əldə etdiyi nailiyyətlərə, göstərdiyi xidmətlərin keyfiyyətinə və sifarişçilərinin yüksək məmnunluğunu qazanmasına görə Azərbaycanın qabaqcıl firma və təşkilatları arasında layiqli yer tutmuş “TUNA” şirkəti bu sektorda Coca-cola , Azərsun, Mc Donalds, Pal SÜD, Fab Boya, Best Boya, Sobsan, Mr Fix, Bolluq və başqa lider şirkətlərlə uzun illərdir əməkdaşlıq edir.

Avadanlıqlarımız

“TUNA” şirkəti müasir texnologiyalardan, avadanlıqlardan istifadəyə üstünlük verir, fəaliyyət göstərdiyi sahədə dünyanın ən qabaqcıl şirkətlərinin təcrübələrini öyrənib tətbiq edir. Buna misal olaraq şirkətimizin 2010-cu ildə baş vermiş beynəlxalq iqtisadi böhran zamanı 2 ədəd ən son model ofset çap maşınları - KOMORİ LİTHRON 540 (5 rəngli, 70x100 ölçüdə, 2010-cu il buraxılışı) və KBA PERFORMA 74 (4 rəng, 50x70 ölçüdə, 2010-cu il buraxılış) - əldə etməsini göstərmək olar. Şirkətimiz beynəlxalq qanunvericiliyə, Azərbaycan respublikası qanunlarına, sifarişçilərin tələblərinə, İSO 9001:2008 beynəlxalq standartının və digər müvafiq standarların tələblərinə, texniki tələblərə əməl olunmasını rəhbər tutur.Buna misal olaraq deyə bilərik ki, şirkətimizdə artiq bir ildir ki, istehsal,mühasibatlıq və digər bütün sahələri əhatə edən KİS(keyfiyyətin idarəetmə sistemi) tətbiq olunur və öz müsbət nəticələrini göstərir. Şirkətimiz üçün keyfiyyət ön planda olduğundan bu sahəyə yüksək maliyyə vəsaiti ayrılmışdır. Tam dövriyyəli qablaşdırma istehsalına malik olan, uğurlu qiymət siyasəti aparan “TUNA” şirkətində zəruri iş təcrübəsi olan, Almaniya, Türkiyə, Rusiya, Ukraynada təhsil almış, yeni texnologiyalara yiyələnmiş, yüksək peşəkarlıq qabiliyyətinə malik mütəxəssislər ilə əməkdaşlıq edir və onların təcrübələrindən faydalanır. “TUNA” şirkəti Alkim Kagit, Kombassan Karton, Sun Chemical mürəkkəb və kimyasalar, Renk Plast boyalar və başqa şirkətlərin Azərbaycandakı rəsmi distributorudur.

Lisenziya

Şirkətimiz Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Komitəsi tərəfindən verilmiş bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətinə icazə verən (№ 044827) lisenziya ilə hər növ lotoreya,qiymətli kağızlar, uduşlar və s., eləcə də Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş ciddi hesabat blanklarının hazırlanması (№018900) lisenziyası ilə hər növ mühasibatlıq sənədlərinin hazırlanmasını həyata keçirir

Şirkətin əsas missiyası: “Uyğun qiymət, işdə keyfiyyət”

Sifarişçilərə vaxtında, tələb olunan miqdarda, çeşiddə və yüksək keyfiyyətdə xidmət göstərməkdir.

Ümid edirik ki, hər zaman inkişaf edən Tuna şirkəti müştərilərə göstərdiyi diqqət və tutduğu“Uyğun qiymət, işdə keyfiyyət” şüarı ilə siz müştərilərlə əməkdaşlığı davam etdirəcəkdir.. İnanırıq ki, Azərbaycanın çiçəklənməsi naminə hər bir vətəndaş kimi bizim kollektivimiz də işlərimizin keyfiyyəti ilə bu inkişafda yerini tutacaqdır.

Hörmət və ehtiramla,
Tuna şirkətinin təsisçisi: R.Y.Çulaqov